Hadisə
Təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanıldı
Paytaxtın Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, araşdırmalarla onun əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirdiyi müəyyən edilib. S.Rəşidzadənin bu üsulla 3 vətəndaşa məxsus ümumilikdə 2400 manat pul vəsaitini taladığı müəyyən olunub.
S.Rəşidzadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
“Diqqətə çatdırırıq ki, bankomatdan istifadə zamanı bank kartınızı və PİN-kodunuzu tanımadığınız şəxslərə etibar etməyin. Kömək təklif edən şəxslərə qarşı diqqətli olun, kart məlumatlarınızı və təsdiq kodlarınızı heç kimlə paylaşmayın”, - deyə nazirliyin məlumatında qeyd olunur.
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto










.jpg)




.jpg)






















