Hadisə
FHN-in akademiyasında 27 Sentyabr – Anım Günü qeyd olundu
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə FHN Akademiyasının rəhbərliyi, Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş şəhid Turan Məhərrəmovun atası Tərlan Məhərrəmov, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev iştirakçıları salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb. B.Salayev çıxışında Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərdən geniş bəhs edib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. O, bu Qələbənin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hərbi qulluqçuların yüksək peşəkarlığının, Prezident-Xalq-Ordu birliyinin və Vətən sevgisinin parlaq təzahürü olduğunu vurğulayıb.
Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev Vətən müharibəsi illərində cəbhədə yaşanan hadisələr, Azərbaycan hərbçilərinin göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq nümunələri barədə ətraflı danışıb. O, döyüşlər zamanı şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığının, komandir-əsgər münasibətlərinin və hərbi intizamın mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən FHN Akademiyasının Hərbi kafedrasının müəllimi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Vətən müharibəsinin hərbi və mənəvi əhəmiyyətindən danışaraq, 44 günlük müharibənin Azərbaycan tarixində xüsusi yer tutduğunu qeyd edib. O, müharibə zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, müasir hərbi taktika və peşəkarlıq barədə fikirlərini bölüşüb.
Daha sonra şəhid Turan Məhərrəmovun atası Tərlan Məhərrəmov çıxış edərək oğlunun şərəfli həyat və döyüş yolundan, onun Vətənə olan sevgisindən və şəhidlik zirvəsinə ucalmasından danışıb.
Tədbir çərçivəsində şəhid Turan Məhərrəmovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto

















.jpg)



.jpg)























