Hadisə
İş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxs bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və “golfcar”la təmin edəcəyi adı ilə 3400 manat alıb.
"E.Vəliyev, həmçinin dəyəri 19 min manat olan “golfcar” nəqliyyat vasitəsinin ödənişini sonradan edəcəyi vədi ilə əldə edərək sahibinin razılığı olmadan 8 min* manata başqa şəxsə satıb.
Aparılan araşdırmalarla onun mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilərək hazırlanan şəkillər də aşkarlanıb. Müəyyən edilib ki, E.Vəliyev bu şəkillərdən istifadə etməklə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib və bu üsulla zərərçəkənlərin etimadını qazanıb.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO





































