Hadisə
Suraxanıda şəhidlərin xatirəsi yad edildi - Foto
27 Sentyabr – Anım Günü ərəfəsində Suraxanı rayonunda vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Publika.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, RİHB-nin müavinləri, idarə, müəssisə, təşkilat rəhbərləri və nümayəndələri, rayon ictimaiyyəti Bakıxanov, Bülbülə, Əmircan, Yeni Suraxanı, Binə, Hövsan, Zığ və Qala qəsəbələrində şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ziyarətlər zamanı şəhidlərin ruhuna dualar oxunub, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Şəhid ailələri ilə görüşən RİH başçısı A.Əliyev onlara səbir diləyərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda qəhrəmancasına döyüşərək canından keçmiş şəhidlərimizin göstərdikləri misilsiz şücaət və fədakarlıq xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər Azərbaycan xalqının birliyinin, ordumuzun qüdrətinin və qəhrəman övladlarımızın Vətənə sonsuz sədaqətinin təntənəsidir. Bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur, onların ailələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunur.
RİH başçısı vurğulayıb ki, vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik, mərdlik və qəhrəmanlıq nümunəsidir. Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və daim böyük ehtiramla yad ediləcək.








-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq









.jpg)

























