Hadisə
Sərhədçilər Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.
DSX-nin mətbuat mərkəzindən Publika.az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin altıncı ildönümündə Hərbi Memorial Məzarlıqda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, Zəfər parkında Zəfər abidəsini ziyarət ediblər.
Anım tədbirlərinin davamında Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətindən danışılıb, hərbçilərin döyüş meydanında nümayiş etdirdikləri şücaət, mərdlik və fədakarlığın xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən biri olduğu bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyi, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu xüsusi qeyd edilib.
Bildirilib ki, Vətən müharibəsində sərhədçilər üzərlərinə düşən döyüş tapşırıqlarını şərəflə yerinə yetirib, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstəriblər.
Şəhidlərimizin əziz xatirəsinin Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən daim uca tutulduğu və onların döyüş yolunun gənc sərhədçilər üçün Vətənə sədaqət nümunəsi olduğu vurğulanıb.
Tədbirin sonunda şəxsi heyətə Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır



































.jpg)

