Hadisə
Bakıya gələn sərnişindən 4 milyonluq brilyant tapıldı - FOTO
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Publika.az komitəyə istinadla xəbər verir ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.
Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin "Qırmızı Kanal"a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.
Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib.
Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.
Faktla bağlı araşdırma aparılır. (Axar.az)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı




































