Hadisə
“Unimetal” zavodunda bədbəxt hadisə: İşçinin 3 barmağı amputasiya olundu
“Unimetal” MMC-yə məxsus istehsalat müəssisəsində baş verən bədbəxt hadisə nəticəsində işçi ağır xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə şirkətin Abşeron rayonununun Məhəmmədi kəndində yerləşən istehsalat kompleksində baş verib.
İstehsalat müəssisəsində çalışan Çingiz Babayevin əli aparatda qalıb. Nəticədə onun üç barmağı amputasiya olunub.
İşçinin çalışdığı aparatın kustar üsulla hazırlandığı və sertifikatının olmadığı bildirilir. Həmçinin aparatın qoruyucu və bloklayıcı sistemlərlə təchiz edilməməsinin hadisəyə səbəb olan amillərdən biri olduğu qeyd edilir.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
“Unimetal” MMC-dən məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.
Qeyd edək ki, “Unimetal” MMC Azərbaycanda metal, polad və dəmir məhsullarının təchizatı və satışı ilə məşğul olan şirkətlərdən biridir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı














.webp)



















