Azərbaycanda toyda zəhərlənmə: 91 nəfər xəstəxanaya yerləşdirildi - Yeniləndi
Bizi izləyin

Hadisə

Azərbaycanda toyda zəhərlənmə: 91 nəfər xəstəxanaya yerləşdirildi - Yeniləndi

Azərbaycanda toyda zəhərlənmə: 91 nəfər xəstəxanaya yerləşdirildi - Yeniləndi

Ötən gün saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

***

Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

Publika.az "Report"a istinadən xəbər verir ki, onlardan 7-si azyaşlıdır.

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

***

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm