Hadisə
Bakıda məmurun bağ evinə girdilər - Nə oğurladıqları hamını təəccübləndirdi
Bir neçə il öncə Bakıda baş verən oğurluq hadisəsi ilə bağlı “etibarlı mənbə” qəribə, həm də gülüş doğuracaq məqamı açıqlayıb.
Demək, 8 il öncə hazırda vəzifədən azad edilib, hörmət əlaməti olaraq adı rəsmi bir qurumda getməyə davam edən, əslində səlahiyyəti olmayan, 2018-də isə ölkənin ən bərkgedən vəzifələrindən birini daşıyan şəxsin bağ evindən oğurluq olur. Oğurluğa girənlər 3 nəfər olur – ikisi evə girir, biri maşında gözləyir.
Bağ evində həmin vaxt heç kim olmur və oğrular bir neçə on min civarında dəyərli əşyalar, şubalar və s. götürüb aradan çıxırlar.
Hadisədən səhər xəbər tutulur, dərhal polisə məlumat verilir və əlbəttə ki, mühüm məmurla bağlı olduğu üçün nazir olayı şəxsən nəzarətə götürür, cinayət işinə nazir müavinlərindən biri rəhbərlik edir, peşəkarlar komandaya cəlb edilir və bir neçə günə cinayətin üstü açılır, oğrular həbs edilir.
Məmura xəbər verirlər ki, oğruları tutmuşuq, apardıqları dəyərli əşyaların əhəmiyyətli hissəsini də geri almışıq.
Məmur da deyir ki, apardıqları heç nəyi geri istəmirəm, lazım deyil, şikayətçi də olmayacam, yalnız iki çaxır götürüblər, onu qaytarsınlar!
Məlum olur ki, oğrular evə girəndə zalın bərbəzəkli guşəsində xüsusi qablaşdırma ilə bərq vuran, qırmızı lentlə “toxunma qadağası” qoyulan, al-əlvan işıqlar altında saxlanılan iki butulka çaxır görüblər və evdən çıxanda onları götürüblər, aradan çıxandan sonra çaxırları açıblar, hərəsi bir butulkanı başına çəkib, oğurluğun uğurlu alınmasını qeyd ediblər, sonra da butulkaları yerə çırpıb sındırıblar...
Oğurluğu qeyd etdikləri yeri, butulka qırıqlarını da polisə göstəriblər.
Bu barədə məmura məlumat veriləndə adam dəli olur və deyir ki, şikayətçiyəm, o yaramaz-alçaqları güllələmək lazımdır.
İki çaxıra görə məmurun bu qədər əsəbiləşməsinin səbəbi varmış. Sən demə, çaxırlar məşhur Nyu York şərab hərracında bir ədədi bir neçə yüz min dollara satın alınmış çoxillik və dünyanın ən bahalı şərablarındandır. Bu şərablar adətən investisiya, yatırım kimi alınır və yaxud ən unikal, qeyri-adi, çox yüksək səviyyəli şəxslərin bəyəndiyi hədiyyə hesab olunur.
Belə məlum olur ki, bu iki oğru həmin gecə oğurladıqları bir neçə onminlik şuba-qızılı bir milyonluq çaxırları daşa çırpıb, məhv etməklə “qeyd ediblər...”(Axar.az)
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı











.webp)






















