Hadisə
Gəncədə zəhərlənən şagirdlərin kimliyi məlum oldu, araşdırma aparılır - YENİLƏNDİ
Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Publika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
***
Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib.
Publika.az xəbər verir ki, bu barədə Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında deyilib.
Qeyd olunub ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır", - məlumatda bildirilib.
***
Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan məktəblilər kimliyi bəlli olub.
Publika.az xəbər verir ki, onlar 2017-ci il təvəllüdlü S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyevadır.
İlkin məlumata görə, məktəblilər təhsil ocağının bufetindən alınan şirniyyatdan zəhərləniblər.
***
Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 5 şagird Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə gətirilib.
Hadisənin təfərrüatları və zəhərlənmənin səbəbləri dəqiqləşdirilir..
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...







.jpg)














.jpg)
















