Çeynənən tütün bir ildə 251 min insanı öldürüb: Ən çox bu region zərər çəkib
Bizi izləyin

Hadisə

Çeynənən tütün bir ildə 251 min insanı öldürüb: Ən çox bu region zərər çəkib

Çeynənən tütün bir ildə 251 min insanı öldürüb: Ən çox bu region zərər çəkib

2023-cü ildə dünyada təxminən 251 min insanın ölümü çeynənən tütün istifadəsi ilə əlaqəli olub. Ölümlərin 84 faizə yaxını Cənubi Asiyanın payına düşüb.

Publika.az xəbər verir ki, bu barədə “The Lancet Global Health” jurnalında dərc olunan araşdırmada məlumat verilib. Tədqiqatçılar 1990-2023-cü illər ərzində 204 ölkə və ərazidə vəziyyəti təhlil ediblər.

Məlumata görə, 2023-cü ildə 15 yaşdan yuxarı təxminən 241 milyon insan çeynənən tütündən istifadə edib. Bu, həmin yaş qrupunun 3,9 faizini təşkil edib. Kişilər arasında istifadə göstəricisi qadınlarla müqayisədə iki dəfədən çox olub.

Cənubi Asiya çeynənən tütünün ən geniş yayıldığı region olaraq qalır. Burada 15 yaşdan yuxarı əhalinin 14,6 faizi bu məhsuldan istifadə edib və regionda bununla əlaqəli təxminən 210 min ölüm qeydə alınıb.

Araşdırmaya əsasən, çeynənən tütün əsasən insult və bir sıra xərçəng növləri ilə əlaqələndirilir. Xüsusilə dodaq və ağız boşluğu xərçəngi diqqət çəkir.

2023-cü ildə çeynənən tütün səbəbindən itirilən sağlam ömür illərinin ümumi sayı 6,48 milyon olub. Bu göstərici 1990-cı illə müqayisədə 116 faiz artıb.

Tədqiqat müəllifləri bildirirlər ki, çeynənən tütün siqaretlə müqayisədə daha az diqqət görür. Onların fikrincə, mübarizə tədbirləri ölkələr, yaş qrupları və gender üzrə fərqlərlə yanaşı, mədəni və sosial xüsusiyyətləri də nəzərə almalıdır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm