Tovuzda ev yandı: Ölən və həbs olunan var
Bizi izləyin

Hadisə

Tovuzda ev yandı: Ölən və həbs olunan var

Tovuzda ev yandı: Ölən və həbs olunan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə 1 kv.m sahədə yanıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hüseynova Nüşabə Musa qızı vəfat edib.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisəni Nüşabə Hüseynovanın oğlu törədib. Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası - 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm