Hadisə
Lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsində həlak oldu
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan Lənkəran sakini Vahab Quliyev həlak olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan, 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev müharibənin başlamasından bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.
Xidməti müddətində iki dəfə yaralanan V.Quliyev müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb.
O, bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin PUA-sının zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993–1994-cü illərdə dissertasiya işi hazırlayıb və Moskvada müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.
Vahab Quliyev 30 ildən artıq Ukraynada yaşayıb. O, Lənkəranın məşhur “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur.
Hazırda onun meyitinin Azərbaycana gətirilərək doğulduğu Separadi kəndində dəfn olunması üçün tədbirlər görülür.
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO
-
Magazin205:15Məşhur aktrisa 103 yaşında vəfat etdi















.jpg)



















.jpg)

