Hadisə
4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı - Yaralıların son durumu
Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsində xəsarət alanların vəiyyəti açıqlanıb.
Publika.az-a bu barədə "TƏBİB"dən məlumat verilib.
Bildirilib ki, 07.10.2026-cı il tarixində saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Bu gün saat 14:20 radələrində baş verən hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi












.png)





.jpg)








.jpg)






.jpg)


