Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO

Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO

Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib.

Bu zaman ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm