Hadisə
Dəhşətli qəzada ölənin və xəsarət alanların kimliyi məlum oldu - Foto/Yeniləndi
Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölənin və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur.
Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil ölüb.
***
Biləsuvar rayonunda bir nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Niva” və “Mercedes” markalı avtomobillər daha iki nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sərnişini dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza “Niva” markalı avtomobilin sürücüsünün qəfildən idarəetməni itirməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda bir neçə minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
Qəza səbəbindən magistralın Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...
-
Sosial09:12General qızı azadlıqda - VİDEO
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı






.jpg)
.jpg)







.jpg)





.jpg)



















