Bərdədə avtomobil piyadanı vuraraq öldürdü
Bizi izləyin

Hadisə

Bərdədə avtomobil piyadanı vuraraq öldürdü

Bərdədə avtomobil piyadanı vuraraq öldürdü

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə oktyabrın 11-də saat 06:30 radələrində Bərdə şəhəri, Səməd Vurğun küçəsində baş verib.

Cəfərov Nizami Bərxudar oğlu idarə etdiyi “Mercedes-Benz C220 CDI” markalı avtomobillə hərəkətdə olarkən 1955-ci il təvəllüdlü Muradova Əsli Yaqub qızını vurub.

Piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm