Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb - YENİLƏNDİ

Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb - YENİLƏNDİ

Qusarda baş verən yanğında ölən şəxsin kimliyi müəyyən olunub.

Publika.az xəbər verir ki, meyiti tapılan şəxsin 1943-cü il təvvəllüdlü Hürüpəri Abdulkərimova olduğu bildirilir.

Hadisə oktyabrın 12-də gecə saatlarında baş verib.

***

Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Publika.az APA-ya istinadla xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm