Hadisə
Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
İsmayıllıda keçirilən antikorrupsiya əməliyyatı ilə həbs edilən bələdiyyə sədri Cahangir Surxayevin məhkəməsi başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadla bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi artıq hökmü elan edib.
İş materiallarında yazılıb ki, Cahangir Surxayev Diyallı kənd bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi müddətdə arıçılıq təsərrüfatı üçün torpaq icarəyə götürmək istəyən kənd sakini İlham Əsgərov ona müraciət edib. C.Surxayev bələdiyyə üzvlərinin ümumi yığıncağını və açıq hərrac, müsabiqə keçirmədən 2,6 hektar sahəni 5 illik icarəyə verib. Bunun əvəzində o, torpağı icarəyə götürən şəxsdən hissə-hissə 22 min manat pul alıb.
Bələdiyyə sədri 19 mini alıb şəxsi mənafeyi üçün xərcləsə də, qalan 3 min rüşvəti götürəndə “ilişib”. O, İsmayıllıdakı “Orman” restoranında pulu alarkən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən tutulub.
Keçmiş bələdiyyə sədri məhkəmədə özünü rüşvət ittihamı ilə təqsirli bilmədiyini deyib. Surxayev deyib ki, məqsədi qanuni prosedur olmadan İlham Əsgərovu aldadıb pulunu əlindən almaq olub. Bu səbəbdən törətdiyi əməli dələduzluq hesab edir.
O, valideynlərinin və övladlarının müalicəsi üçün bankdan kredit aldığını, bəzi borcları ödəyə bilmədiyini qeyd edərək yüngül cəza verilməsini xahiş edib.
Günay Aşurovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda Cahangir Surxayevə verilmiş ittihamları sübuta yetirilmiş hesab edib. Hökmə əsasən, o, vəzifə səlahiyyətlərini aşmaqla və vəzifə saxtakarlığı ilə külli miqdarda rüşvət almaqda təqsili bilinərək 8 il 1 ay azadlıqdan məhrum edilib.
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq






.png)









.png)

















