Hadisə
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Gəncə şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətmiş 1973-cü il təvəllüdlü Mehman Məmmədov həbs edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178 və 320-ci (dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, Mehman ikinci qrup üzrə müddətsiz əlildir. O, ətrafına özünü nüfuzlu şəxs kimi təqdim edib, dövlət qurumlarında yaxşı əlaqələrinin olduğunu deyib. “İnfiniti” markalı avtomobil idarə edən və özünü imkanlı şəxs kimi göstərən Mehman 6 nəfərdən onları və ya övladlarını işə düzəltmək, kəsilmiş pensiyalarının bərpası və digər vədlərlə müvafiq olaraq 4200, 3885, 4000, 4000, 4000, 3050 manat pul alıb.
Həmin vaxt Mehman işə düzəltməyə söz verdiyi şəxslərdən bəzilərinə Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun adından imzalanmış nömrəsiz, tarixsiz, saxta QR kodlu əmrlərin surətini də təqdim edib. Lakin ekspertiza zamanı həmin sənədlərin saxta olması müəyyənləşdirilib.
Məhkəmədə Mehman Məmmədov dələduzluq yolu ilə ələ keçirdiyi pulları müalicəsinə sərf etdiyini deyib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay həbs cəzası verilib.
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
















.jpg)

.jpg)




















