Hadisə
Canlı yayımda söyüş söyən daha bir "tiktoker" saxlanıldı
Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir “tiktoker” saxlanılıb.
Publika.az Lent.az-a xəbər verir ki, 41 yaşlı Məmməd Quliyev (şərti adla) “tiktok” sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Bu zaman o, nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.
Fakt əsasında o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məmməd Quliyev törətdiyi əməldən peşman olduğunu deyərək, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi









































