Hadisə
Bakıda baş verən ağır qəzanın - Anbaan videosu
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib.
Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.
Qeyd olunub ki, manevretmə qaydalarının pozulması qəza riskini artırır, nəticədə ölən və xəsarət alanlar olur. Xüsusilə dönmə və zolaq dəyişmə zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi, eləcə də işıq siqnallarından istifadə olunmaması ağır qəzalara səbəb ola bilər.
Mərkəzdən vurğulanıb ki, bəzi sürücülər dönərkən və ya zolaq dəyişərkən işıq siqnalını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər. Lakin bu, digər hərəkət iştirakçılarına qarşı təhlükəsizlik öhdəliyini aradan qaldırmır.
NİİM sürücüləri məsuliyyətli davranmağa və manevr edərkən yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı













.jpg)









.jpg)












.jpg)


