Sürix–Şanxay reysi Bakıya məcburi eniş etdi - Səbəb bəlli oldu
Bizi izləyin

Hadisə

Sürix–Şanxay reysi Bakıya məcburi eniş etdi - Səbəb bəlli oldu

Sürix–Şanxay reysi Bakıya məcburi eniş etdi - Səbəb bəlli oldu

Bu gün “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə həyata keçirdiyi SWR-188 saylı reysin hava gəmisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Publika.az-a bildirilib ki, məcburi enişə səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.

“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı aeroportuna uğurla eniş edib. Sərnişinə hava limanında tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.

Reysin davam etdirilməsi ilə bağlı qərar hava gəmisinin kapitanı tərəfindən veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm