Hadisə
“Dental Türkən” klinikası 6 min cərimə olundu
Bakının Binəqədi rayonunda fəaliyyət göstərən klinikada qanun pozuntusu aşkar olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən rayonun M.Rəsulzadə qəsəbəsində yerləşən “Dental Türkən” Məhdud Məsuliyyətli Cəmiyyətdə araşdırma aparılıb.
Yoxlama zamanı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarının, o cümlədən 49.1-ci maddəsinin tələblərinə riayət olunması, habelə özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi məsələsi araşdırılıb.
Müəyyən edilib ki, MMC-yə məxsus özəl tibb müəssisəsində sertifikasiya şəhadətnaməsi olmayan şəxs praktiki tibb fəaliyyəti ilə məşğul olub.
Belə ki, əmək müqaviləsinə əsasən kiçik tibb bacısı vəzifəsində çalışan Günel Kazımovanın orta ixtisas tibb təhsili olmadığı halda, müəssisədə tibbi alətlərin sterilizasiyası işlərini həyata keçirdiyi müəyyən edilib.
Yoxlama sənədində qeyd olunub ki, səhiyyə nazirinin 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın tibb bacısı nümunəvi vəzifə təlimatının 9-cu bəndinə əsasən, tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasının həyata keçirilməsi tibb bacısının vəzifələrinə aid edilib.
Yoxlama zamanı orta ixtisas tibb təhsili və müvafiq sertifikasiya şəhadətnaməsi olmayan şəxs tibbi alətlərin sterilizasiyası kimi tibb bacısının vəzifə funksiyalarına aid edilən işi həyata keçirməsi müəyyən edilib.
Aşkar edilmiş faktla əlaqədar MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə MMC 6 min manat cərimə olunub.
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi















.jpg)












.png)








