Hadisə
Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO
Altı ay öncə Tbilisidə kirayə yaşadığı mənzildə meyiti tapılan 23 yaşlı soydaşımızın ailə üzvləri və yaxınları Gürcüstanın Baş Prokurorluğu qarşısında aksiya keçiriblər. Buna səbəb Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan Aysunun ölüm səbəbinin aprel ayından bu günədək hələ də açılmamasıdır.
Publika.az xəbər verir ki, ailə Aysun Quluyeva ilə ölümündən əvvəl danışdıqlarını və davranışlarında hər hansı qeyri-adi halın müşahidə edilmədiyini deyir. Aysun ilə hal-əhval tutan yaxınları çox keçmir ki, onun ölüm xəbərini alırlar.
Gecə saat 02:00 radələrində ailə üzvlərinə zəng edilərək qızlarının hamam otağında asılmış vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə istintaq aparılır. Aysunun valideynləri isə onun başqaları tərəfindən öldürülməsi ilə bağlı bir sıra sübutların olduğunu deyirlər.
“Övladımı öldürüblər, altı aydır ki, ədalət tələb edirəm. Hər dəfə müraciət edəndə yalanlarla qarşılaşıram. Evin qapısında iki kilid var idi. Aşağıda yerləşən kilidi açıb evə daxil olan cinayətkarlar köhnə olan yuxarı kilidi həmin gün dəyişiblər. Evə təzə üç açar atıblar, onları da polislərə təhvil vermişəm. Kilidin yeni dəyişdirildiyi aydın görünür. Bütün bunları bilirlər.
Övladımın ölüm səbəbini açmaq istəmirlər. Əlimdə sübutlar çoxdur. Mən ədalət tələb edirəm”, – mərhumun atası Tural Quluyev söyləyib.
Daha ətraflı BakuTV-nin videomaterialında:
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı







.jpg)











.jpg)
















