Buzovnada 4 mərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi
Bizi izləyin

Hadisə

Buzovnada 4 mərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi

Buzovnada 4 mərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi

Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Publia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub", - məlumatda qeyd edili

Oxumağa davam et
Reklam
Reklam

Gündəm