Hadisə
Almaniya onu Azərbaycana təhvil verir
Azərbaycan Respublikası Baş Prokurorluğunun Almaniya Federativ Respublikasının Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Nuriyev Elmir Elxan oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Publika.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onlara məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməsi və bu yolla xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Almaniya Federativ Respublikasının ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.
Hazırda Elmir Nuriyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü





















.jpg)















