Arvadını, daha sonra özünü bıçaqladı: Cəzadan azad edildi
Bizi izləyin

Hadisə

Arvadını, daha sonra özünü bıçaqladı: Cəzadan azad edildi

Arvadını, daha sonra özünü bıçaqladı: Cəzadan azad edildi

Sədərəkdə arvadını öldürməyə cəhddə təqsirləndirilən Zakir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Zakir Abbasovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qərarına gəlib. Hökmə əsasən, o, cinayət məsuliyyətindən azad edilib, ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sədərək rayonunda baş verib. Zakir Abbasov həyat yoldaşı Aləmzər Abbasovanı bıçaqlayıb, daha sonra isə özünə xəsarət yetirib.

Zakir Abbasova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm