Hadisə
Bakıda DƏHŞƏT: Tanınmış iş adamı qəzaya düşdü - VİDEO
Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənlik Şükürov olub. O, avtomobilin altında qalaraq ağır xəsarətlər alıb və komaya düşüb.
Bildirilir ki, Şənlik Şükürov hadisə zamanı atasını ziyarət etmək üçün yaxınlıqdakı xəstəxanaya gedibmiş. Qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən iş adamı bədbəxt hadisə ilə üzləşib. Yol ayrıcında BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Hadisə zamanı klinikanın şüşələri də sınıb.
Altı gün komada qalan iş adamı ötən gün ayılıb.
Qeyd edək ki, Şənlik Şükürov Sumqayıtda 10-dan çox restoranın sahibidir.
Ş.Şükürov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır.
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər



































