Hadisə
71 yaşlı kişi evini əxlaqsızlıq yuvasına çevirdi
Qadınları fahişəliyə cəlb edən və evini əxlaqsızlıq yuvasına çevirən ahıl kişi cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis əməkdaşlarının Biləsuvarda keçirdiyi əməliyyatla şəhər sakini 1955-ci il təvəllüdlü R.Kərimov (şərti) saxlanılıb.
Əməliyyat vaxtı onun evində kənar şəxslər də aşkar edilib.
Faktla bağlı R.Kərimov barəsində Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə iş başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, R.Kərimovun ailə üzvləri Bakıda yaşayır. O, Biləsuvarda tək yaşadığı evdə qonşuluqda yaşayan qadını fahişəliyə cəlb edərək başqa şəxslərlə görüşdürüb. Bunun müqabilində 10 manat pul alıb.
R.Kərimov ifadəsində bildirib ki, qonşuluqda yaşayan həmin qadının anasının ona xeyli borcu var və bu məsələ ilə bağlı söhbət etmək məqsədilə onu evinə dəvət edib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ahıl kişi qeyd edilən maddələr üzrə təqsirli bilinib.
Ona 3500 manat pul cəriməsi və qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib.
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...
-
Sosial09:12General qızı azadlıqda - VİDEO
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı












.jpg)








.jpg)

















