Sahibsiz itlər 12 yaşlı qızı parçaladı - Son iki ayda 13 hücum
Bizi izləyin

Hadisə

Sahibsiz itlər 12 yaşlı qızı parçaladı - Son iki ayda 13 hücum

Sahibsiz itlər 12 yaşlı qızı parçaladı - Son iki ayda 13 hücum

Pakistanda sahibsiz itlərin hücumu faciə ilə nəticələnib. Sürü halında hərəkət edən itlər 12 yaşlı məktəbli qızı parçalayaraq öldürüblər.

Publika.az xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.

Hadisə Bəhavəlnaqar şəhərində baş verib. Rəhəna Bibi adlı qız digər şagirdlərlə birlikdə dərsə gedərkən sahibsiz itlərin əhatəsinə düşüb.

Qaçmağa macal tapmayan məktəbli ağır xəsarətlər alıb. Hadisə yerindən keçən şəxslər ona kömək etməyə çalışsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb.

Yerli sakinlərin sözlərinə görə, son iki ay ərzində həmin ərazidə sahibsiz itlər uşaqlara 13 dəfə hücum edib. Onlar problemin həlli üçün hakimiyyət orqanlarının lazımi tədbirlər görmədiyini bildiriblər.

Məktəblinin ölümündən sonra hadisə yerinə toplaşan sakinlər sahibsiz itlərə qarşı təcili tədbirlərin görülməsini və səhlənkarlığa yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər. Məlumata görə, hücumda iştirak edən itlər artıq məhv edilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm