Motosikletlə yük avtomobili toqquşdu: 21 yaşlı sürücü öldü
Bizi izləyin

Hadisə

Motosikletlə yük avtomobili toqquşdu: 21 yaşlı sürücü öldü

Motosikletlə yük avtomobili toqquşdu: 21 yaşlı sürücü öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan motosikletlə “Mercedes Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, 2005-ci il təvəllüdlü rayon sakini E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm