Bakıda faciə: Yeraltı keçiddən istifadə etmədi, həyatını itirdi
Bizi izləyin

Hadisə

Bakıda faciə: Yeraltı keçiddən istifadə etmədi, həyatını itirdi

Bakıda faciə: Yeraltı keçiddən istifadə etmədi, həyatını itirdi

Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı minik avtomobillərindən biri vurub.

Piyada yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciətində qeyd edir:

"Bu hadisə keçidlərdən istifadə etməməyin nə qədər təhlükəli və faciəvi olduğunu bir daha göstərdi. Tələsik qərar verərək yolun hərəkət hissəsindən keçməyin. Məqsədiniz yolun bir tərəfindən digər tərəfinə daha tez çatmaq istəyi olacaqsa, dayanın! Hərəkət hissəsindən yox, keçidlərdən istifadə edin!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm