Azərbaycanda dəhşətli qəza: Deputat yaralandı, bir nəfər öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli qəza: Deputat yaralandı, bir nəfər öldü

Azərbaycanda dəhşətli qəza: Deputat yaralandı, bir nəfər öldü

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü qazi kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.

Xəsarət alanlardan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya düşənlər Vətən Müharibəsi qaziləridir. Xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm