Hadisə
Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
Noyabrın 13-də saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü və iki sərnişini hadisə yerində həyatını itirib. Həmin avtomobilin digər iki sərnişini, eləcə də “VAZ-2104” markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsini gözləməyə və manevrlər zamanı diqqətli olmağa çağırır.
İdarə sürücülərə yorğun və yuxusuz halda avtomobil idarə etməməyi, diqqəti yoldan yayındırmamağı, həmçinin özlərinin və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etmələrini təmin etməyi tövsiyə edir.
Vurğulanıb ki, hər bir sürücü həm özünün, həm də daşıdığı sərnişinlərin həyatı və təhlükəsizliyi üçün məsuliyyət daşıyır.
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər















.jpg)







.png)








