Deputatın düşdüyü qəzanın görüntüləri yayıldı - VİDEO
Bizi izləyin

Hadisə

Deputatın düşdüyü qəzanın görüntüləri yayıldı - VİDEO

Deputatın düşdüyü qəzanın görüntüləri yayıldı - VİDEO

Naxçıvanda gecə saatlarında deputatın düşdüyü qəza ilə bağlı videogörüntülər yayılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, gecə saatlarında Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.

Xəsarət alanlardan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya düşənlər Vətən müharibəsi qaziləridir. Xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm