FHN Tovuzdakı ağır qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Tovuzdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat edib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm