FHN 5 nəfəri xilas edib
Bizi izləyin

Hadisə

FHN 5 nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dənizdə boğulan 5 nəfəri xilas edib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda 4 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:31-də başa çatıb.

Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm