3 manata görə adam öldürənlərdən biri yaxalandı
Bizi izləyin

Hadisə

3 manata görə adam öldürənlərdən biri yaxalandı

Masallı rayonunda yanacaqdoldurma məntəqəsinin sahibinin oğlunu bıçaqla qətlə yetirmiş şəxslərdən biri tutulub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirmiş Xıl kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Zamanov tutulub.

Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər. Onların tapılıb tutulmaları barəsində tədbirlər davam etdirilir.

Qeyd edək ki, mayın 9-da 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər.

Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R. Zamanov dostları ilə birgə yenidən məntəqəyə əvvəlki mübahisəni həll etməyə çalışıb.

Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm