PKK Naxçıvan yolunda TIR yandırdı - FOTOLAR
Bizi izləyin

Hadisə

PKK Naxçıvan yolunda TIR yandırdı - FOTOLAR

PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə İğdırın Karakoyun rayonan bağlı olan Taşburun bələdiyyəsində baş verib.

İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucu sərhəd keçid məntəqəsinə gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar.

Daha sonra onlar eyni yoldan keçən qara rəngli avtobusa minərək hadisə yerindən qaçıblar.

Yanan maşının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alov söndürüləndən sonra TIR istifadəsiz hala düşüb.
Yanğına görə magistral yol bir müddət bağlı qalıb.

PKK-çıların yaxalanması üçün təhlükəsizlik qüvvələri əməliyyata başlayıblar. Şahidlərin sözlərinə görə, qara maskalı terrorçular maşını yandırarkən havaya atəş də açıblar.


Yanan maşın dəmir yığınına dönüb

Qeyd edək ki, terror təşkilatı olan PKK müntəzəm olaraq Türkiyədə bənzər hadisələrə əl atır. Belə ki, terrorçular ölkədə stabilliy pozmaq üçün aksiyalar keçirir, hərbçilərə hücumlar təşkil edirlər. 1978-ci ildə Abdullah Ocalan Türkiyənin daxilində müstəqil dövlət qurulmasına çalışan PKK-nı yaradıb. O, illər öncə Türkiyə hökuməti tərəfindən həbs edilib. 1990-cı illərdə PKK müstəqillik tələbindən geri çəkildiyini deyib, əvəzində mədəni və siyasi muxtariyyətə çağırıb, lakin eyni zamanda mübarizəni də davam etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm