Hadisə
Yevlaxda bələdiyyə sədri adam öldürdü
Yevlax rayonunda qətl hadisəsi baş verib. Yevlax Rayon
Prokurorluğundan ANS PRESS- ə verilən məlumata görə, hadisə rayonun
Yuxarı Qaxun kəndində olub.
Kənd sakini 1952-ci il təvəllüdlü Famil Kamil oğlu Qədirov
aralarında yaranan münaqişə zəminində öz əmisi oğlu, həmin kəndin
sakini olan Sənan Şamil oğlu Qədirova qoşalülə ov tüfəngindən atəş
açıb.
Hadisə suvarma suyu üstündə baş verib. Belə ki, öldürülən şəxs S.
Qədirov kəndə gələn suyu öz pay torpağına istiqamətləndirərək heç
kəsin öz torpağını suvarmasına imkan verməyib. Bundan hiddətlənən
kənd camaatı bələdiyyə sədrinə şikayət ediblər.
Bunu görən sədr kənd sakinlərinin öz torpaqlarını suvarmalarına
imkan verməyən əmisi oğlunun yanına gəlib və ona hərəkətinin düzgün
olmadığını izah edib.
Lakin onlar arasında mübahisə yaranıb. Elə bu zaman F. Qədirov özü
ilə gətirdiyi ov tüfəngindən S. Qədirova atəş açıb. Sənan Qədirov
aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Hadisədən sonra K. Qədirov könüllü olaraq Yevlax Rayon Polis
Şöbəsinə gələrək təslim olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1 ( qəsdən adam öldürmə maddəsi) ilə cinayət işi açılıb.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ