FHN bir nəfəri ölümdən xilas etdi
Bizi izləyin

Hadisə

FHN bir nəfəri ölümdən xilas etdi

Ötən gün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 3 nəfəri xilas edib.

Xəzər rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 500 m sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri vaxtında yetişərək, onu ölümdən qurtarıblar.

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binalardan birinin liftinin xarab olması isə içəridəki iki nəfəri köməksiz vəziyyətdə qoyub. Xilasedicilər liftin qapısını açıblar və vətəndaşları liftdən çıxarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm