Göyçayda heyvanlar tövlədə diri-diri yandı
Bizi izləyin

Hadisə

Göyçayda heyvanlar tövlədə diri-diri yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Publika.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, rayonun Yekəxana kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanıb. Yanğın zamanı tövlənin içərisində olan 2 ton arpa, 1 baş iribuynuzlu, 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm