Hadisə
Azərbaycana dolu yağdı - VİDEO
Göyçay rayonuna güclü dolu düşüb.
APA-nın xəbərinə görə, iyulun 19-da saat 23:00 radələrində başlayan dolu təqribən 20 dəqiqə davam edib.
Qoz və yumurta boyda düşən dolu əsasən rayonun Qaraxıdır, Bığır, Hacalıkənd, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəz sahələrinə ziyan vurub.
Güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Evlərin dam örtüyü, pəncərələrin və maşınların şüşələri sınıb. Dolu düşən kəndlərin enerji təsərrüfatı və rabitə sistemində problemlər yaranıb. Həmin yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, otlaq və əkin sahələri, habelə meyvə ağacları, pomidor və xiyar istixanaları ziyan görüb. Dolunun və leysanın əhaliyə vurduğu ziyanın müəyyən edilməsi üçün sabah kəndlərdə sakinlərlə görüşlər keçiriləcək.
Təbii fəlakət Göyçayla yanaşı, Qəbələ rayonun Bum, Qəmərvan, İsmayıllının Gileyli və Kürd kəndlərinə də ziyan vurub.
Qeyd edək ki, ötən ilin may ayında da Göyçaya güclü dolu düşmüş, rayonun 8 kəndinə ciddi ziyan dəymişdi.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı