Çətənə və marixuana yetişdirənlər tutuldu - ZAQATALADA
Bizi izləyin

Hadisə

Çətənə və marixuana yetişdirənlər tutuldu - ZAQATALADA

Zaqatala rayonunda kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Tala kənd sakini Xətai Mirzəyevin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 275 kiloqram olan 530 ədəd çətənə kolu aşkar edilib. Onun həyətinə baxış zamanı əlavə olaraq gizlətdiyi 42,05 qram marixuana və 1 ədəd “İj” markalı tüfəng aşkar edilərək götürülüb.

X.Mirzəyevin narkotik tərkibli bitkiləri həmkəndlisi Aslan Əzizov və Tülü kənd sakini axtarışda olan Bahəddin İsmayılov ilə birgə yetişdirmələri müəyyən edilib.

A.Əzizov və B.İsmayılov da tutulublar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm