Gəncədə avtomobil iki nəfəri vurdu
Bizi izləyin

Hadisə

Gəncədə avtomobil iki nəfəri vurdu

Gəncə şəhərində iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Publika.az-ın Qərb Bürosuna verilən məlumata görə hadisə bu gün saat 15.00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Laçın rayonundan məcburi köçkün olan Goranboy rayon sakini 1992-ci il təvəllüdlü Laçın Süleymanov idarə etdiyi “VAZ2106” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakiniləri, 1986-cı il təvəllüdlü Vəfa Məmmədova və onun bacısı qızı, 12 yaşlı Günel Budaqini vurub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurduqda) maddəsi ilə iş açılıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm