BQXK-nin əməkdaşı qəza törətdi - Bakıda
Bizi izləyin

Hadisə

BQXK-nin əməkdaşı qəza törətdi - Bakıda

Bakıda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin əməkdaşı qəza törədib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunun Füzuli küçəsində qeydə alınıb.

Belə ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin əməkdaşı Zurab Bicko Bordulinin idarə etdiyi “Peugeot” markalı avtomobil Bakı şəhər sakini Mehman Hacıyevin idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm