Bakıda hamam çökdü, fəhlə dağıntılar altında qaldı
Bizi izləyin

Hadisə

Bakıda hamam çökdü, fəhlə dağıntılar altında qaldı

Bakıda dağıntı altında qalan fəhlə xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının mənzilinin vanna otağında təmir işləri görən fəhlə döşəmənin çökməsi nəticəsində 2-ci mərtəbənin hamam otağına düşərək köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dağıntı altında huşsuz vəziyyətdə qalmış fəhləni təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxardıb hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilməsini təmin ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm