Yevlaxda tövlə yandı, ev quşları xilas edildi
Bizi izləyin

Hadisə

Yevlaxda tövlə yandı, ev quşları xilas edildi

Yevlax rayonu, Salamabad kəndində ümumi sahəsi 150 kv.m olan tövlədə yanğın baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və damına yığılmış 36 ton ot bağlamasının 18 tonu yanıb.

Yanğın zamanı tövlədə olan 50 ədəd ev quşu yanğınsöndürənlər tərəfindən xilas edilib. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm