Samuxda 12 yaşlı uşağı maşın vurdu
Bizi izləyin

Hadisə

Samuxda 12 yaşlı uşağı maşın vurdu

Samuxda piyadaının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Samux rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə iyulun 25-də saat 14 radələrində rayonun Tatlı kəndi ərazisində baş verib.

Belə ki, yüksək sürrətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil, Samux rayon sakini, 2003-cü il təvəllüdlü Böyükkişiyev Elxan İlham oğlunu yolu keçmək istəyərkən vurub. Nəticədə ağır bədən xəsarətləri alan 12 yaşlı uşaq çatdırıldığı xəstəxanada ölüb.

Baş vermiş hadisə ilə bağlı Samux rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi acılıb, araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm